[AZ] [RU] [EN]


Nəsimi rayonu haqqında qısa məlumat

Nəsimi rayonu 13.06.1969-cu ildə yaradılmış, ərazisi 10 kv. km, əhalisi 202400 nəfərdir. Rayon şimal-şərqdən Nərimanov, cənubdan Səbail, qərbdən Yasamal, şimaldan Bənəqədi rayonu ilə əhatə olunmuşdur. Əhalinin ümumi sayının 48,9 %-ni kişilər, 51,1 %-ni qadınlar, 88,1 %-ni azərbaycanlılar, 11,9 %-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Nəsimi rayonunda 10409 məcburi köçken və 14476 qaçqın məskunlaşmışdır. Rayonda bir bələdiyyə fəaliyyət göstərir.