![]() |
![]() |
![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
|
[AZ] [RU] [EN]![]() |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Rayonun 2007-ci ilin 9 ayına olan iqtisadi göstəriciləri
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli, 24 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionallarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na uyğun olaraq Nəsimi rayonunda 14300 iş yerinin açılması nəzərdə tutulmuşdur.
Həyata keçirilmiş tədbirlər nəticısində 01.10.2003- cü il tarixdən 01.10.2007-ci il tarixə kimi 10655 iş yeri açılmışdır. 2007- ci ilin yanvar-sentyabr aylarında isə rayonda 1870 yeni iş yeri açılmışdır. Elə bu günlərdə “Bakı Tikiş Evi” ATSC-də yeni sexin işə salınması ilə daha 150 nəfər daimi işlə təmin olunmuşdur.
Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən əsas makroiqtisadi göstəricilər 2007- ci ilin 9ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli yaxşılaşmışdır. Belə ki, bu il sənaye məhsulu istehsalı 125,1 milyon manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9% çoxdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dÖvlət sektorunun xəsusi çəkisi 85% təşkil edir.
2007- ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən avtomobil sahəsində 242,0 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,5% çox olmuşdur.
2007- ci ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 171,1 milyon manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da ötən ilin məvafiq dÖvrənə nisbətən 4,9% artmışdır. İstifadə edilmiş investisiyanın 3,8%- i istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 16,7 milyon manatı tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 2006- cı ilin müvafiq dövrünə nisbətən 4,2% artmışdır.
İlin əvvəlində istehlak və xidmət bazarlarında əhaliyə satılmış istehlak mallarının və göstərilmiş pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 24,2 % artaraq 346,8 mln manat olmuşdur. Pərakəndə əmtəə dÖvriyyəsi ictimai iaşə daxil olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 228,2 mln. Manat,xidmətlərin həcmi 118,6 mln. manat olmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2006- cı ilin yanvar-avqust ayları ilə müqayisədə artaraq 174,4 manata çatmışdır. Sənaye sahələrində çalışanların orta aylıq əmək haqqı yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 213,7 manat olmuşdur.
2007- ci ilin 9 ayı ərzində rayon Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 532 nəfərinin işlə təmin olunmasına köməklik göstərilmiş, bu da əvvəlki illə məqayisədə 183 nəfər çoxdur. 153 nəfər iş axtaran vətəndaşa əşsizlik statusu verilərək müavinət təyin edilmiş, 118 nəfər iş axtaran vətəndaş ixtisasartırma və peşə hazırlığı kurslarına cəlb edilmişdir.
Hesabat dÖvrəndə sosial mədafiəyə ehtiyac olan işaxtaran və işsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçgünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Ötən dÖvr ərzində qaz və enerji haqlarının yığımı məqsədi ilə rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupları tərəfindən təhkim edildikləri ərazilərdə idarələrin səmərəli fəaliyyətinə köməklik göstərilir, əhali arasında maarifləndirmə əşləri aparılır və hal-hazırda bu iş davam etdirilir. Görülmüş tədbirlər nəticəsində elektrik enerji haqlarının yığımı ümumilikdə 73% (ötən illə müqaisədə 3,3% artmış,), təbii qazın 85,1% (ötən illə müqayisədə 15,9% artmış,), suyun ödənişi isə 42,6% olmuşdur.
9 ay ərzində rayonumuzun ərazisində olan işıqlandırma sistemi üzrə cari təmir işləri aparılmış, yanmış kabel, istifadəyə yararsız naqil, çıraq və lampalar təzəsi ilə əvəz olunmuş və işıqlandırmanın yüksək keyfiyyətli olması üçün bütün işlər görülmüşdür.
Rayon ərazisində qaz xətləri şaxtadan və mətbəxdən keçən 192 binanın qaz xətti pilləkən qəfəsinə çıxarılmış və sayğac quraşdırılmışdır.
2007- ci ilin 9 ayı ərzində Nəsimi rayonunda geniş miqyaslı abadlıq və yenidənqurma işləri aparılmış, binaların fasadları rənglənmiş, giriş qapıları bərpa edilmişdir. Bakıxanov və S. Vurğun küçələrinin kəsişməsindəki mövcud istirahət parkı tamamı ilə yenidən qurulmuş və parkda fəvvarələr kompleksinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsin verilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir edilmiş və dam örtüyü dəyişdiril-mişdir.
Rayon ərazisində aparılan abadlıq işləri zamanı Fizuli, Ş. Bədəlbəyli, M. A. Əliyev, D. Əliyeva, Vidadi, B. Səfəroğlu, Ə. Quliyev, S. Vurğun, Bülbül, Mərdanov Qardaşları, Ə. M. Topçubaşov, M. İbrahimov, R. Rza, M. Qaşqay, M. Rəfibəyli, S. Ə. Zeynalov, R. Axundov, Plotnikov, E. Tağızadə, İ. Həmidov, Dağıstan, Kaveroçqin Sarabski, K. Seferəliyeva, Ş. Əzizbəyov, C. Hacıbəyli küçələrində əmumilikdə 160000 kv.m açfalt Örtəyə vurulmuş, 36000 kv.m - ə yaxın əraziyə isə tamet plitə döşənmişdir.
Vaqif prospektindəki park tamamı ilə sökülərək yenidən qurulması istiqamətində işlərə başlanmışdır.
Avtomobil tıxaclarının aradan qaldırılması, piyada əhalinin hərəkətinin təhlükə-sizliyini təmin etmək məqsədi ilə rayon ərazisində 2007- ci ilin 9 ayı ərzində 4 yeraltı keçid (R. Behbudov, Bülbül, S. Vurğun, Nizami küçələrində) və 1 körpü (3-cü mikrorayon ərazisində) tikilib istifadəyə verilmiş, sentyabr ayında Azərbaycam Tibb Universitetinin yeni Tədris Terapevtik Klinikasının təməli qoyulmuş və bütün bu obyektlərin açılışında cənab Prezident iştirak etmişdir.
Rayon ərazisində olan Ölkə və yerli əhəmiyyətli tarixi memarlıq abidələri, bağ-park, monumental və xatirə abidələrinin qorunması və təbliği diqqət mərkəzində olmuşdur. Mədəniyyət obyektlərində rayona ayrlımış dölət büdcəsi və daxili imkanlar hesabına təmir işləri aparılmışdır.
Rayon ərazisinin 36 ənvanında abadlıq, quruculuq və yenidənqurma işəri aparılmış, payız qış mövsümünə hazırlıq məqsədi ilə tədbirlər planına uyğun olaraq 3945,5 kv.m dam örtüyü təmir olunmuş, məhəllədaxili yollar asfaltlaşdırılmış, 110 yaşayış binasının zirzəmisindəki istilik sistemlərində bir sıra profilaktiki tədbirlər həyata keçirilmişdir.
Respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO- nun və İSESKO- nun xəşməramlı səfiri, Millət Vəkili Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” təşəbbüsünə qoşularaq Ü. Hacıbəyli, Bakıxanov, S. Vurğun küçələrinin və Vaqif prospektinin yol kənarlarında, bağlarda, parklarda və digər yolqırağı sahələrdə əmumilikdə 150000- dən artıq ağac, dekorativ gül kolları əkilmiş və bu iş mütəmadi olaraq davam etdirilir.
Bundan əlavə rayon İcra Hakimiyyətinin tövsiyyəsi ilə rayon ərazisində fəaliyyət gÖstərən bətən idarə, məəssisə və təşkilatlar, o cümlədən özəl müəssisələr fəaliyyət göstərdikləri ərazinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparmışlar.
2007- ci ilin 9 ayı ərzində 21 saylı Dairə Seçki Komissiyası üçün ümumi sahəsi 328 m2 olan ikimərtəbəli inzibati bina tikilib istifadəyə verilmiş, 22 və 23 saylı Dairə Seçki Komissiyalarına müvafiq olaraq 9 və 8 otaq ayrılaraq əsaslı təmir edilmiş, hər eç Seçkı Dairəsi müasir avadanlıqlarla təchiz edilmişdir.
Rayonun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında bir sıra əsaslı və cari təmir işləri aparılmış, o cümlədən 12 saylı uşaq poliklinikası tamamıilə yenidən qurulmuş, 152 və 164 saylı məktəblərdə müvafiq olaraq 25 sinif otağı olmaqla 600 yerlik 44 sinif otağı olmaqla 800 yerlik əlavə korpuslar tikilib istifadəyə verilmişdir.
X. Rza və İ. Əbilov adına kitabxanalarda cari təmir işləri başa çatdırılmış, hal-hazırda 151 saylı orta məktəbdə və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq və Gənclər İdman məktəbində əsaslı, H. Sarabski adına mədəniyyət evində isə cari təmir işləri davam etdirilir.
Bu il rayonun təhsil məəssisələrini 2246 nəfər şagird bitirmiş, bunlardan 942 nəfər ali məktəblərə qəbul edilmiş, qəbul imtahanlarında 600- dan yuxarı bal toplamış 47 məzunn iştirakı ilə rayon İcra Hakimiyyətində tədbir keşirilmiş, onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar bu ilin 9 ayında məktəb kitabxanalarına 8min ədəddən artıq pulsuz bədii ədəbiyyat və əlavə oxu materialları çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ümumitəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı haqqında” fərmanının həyata keçirilməsi milli təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya etməsinə, ümumitəhsil məktəbləri şəbəkəsinin genişlənməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsi işinə təkan vermişdir.
Bu baxımdan məktəblərin maddi-texniki bazası möhkəmlənmiş, məktəblərin kompyuterləşməsi başa çatmaq üzrədir.
2007/2008- ci il payız qış mövsümünə hazırlıqla əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında bir sıra əsaslı və cari təmir işləri aparılmışdır.
Hal-hazırda 14 ümumtəhsil məktəbinin daxili istilik sistemi və bir məktəbin fərdi qazanxanası əsaslı təmir olunur. (əksəriyyətində iş tamamlanmaq üzrədir.)
Keçən mÖvsəmdə istilik olmayan 3 xəstəxanadan – Klinik Tibbi mərkəzdə və 1 saylı Doğum Evində yeni fərdi qazanxana quraşdırlır, 2saylı Klinik Psixatriya Xəstəxanasının mərkəzi istilik sisteminə qoşolması nəzərdə tutulmuşdur.
2007- ci ilin 9 ayı ərzində Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayon ərazisində fəaliyyət göstərən iaşə, ticarət, ərzaq istehsalı şəbəkələrində və şadlıq evlərində sanitariya-epidemioloji rejimlərin qorunmasına mütəmadi nəzarət edildiyindən, əhali arasında, ictimai yerlərdə heç bir kütləvi zəhərlənmə halları qeydə alınmamışdır.
DÖvlət Sosial Mədafiə Fondunun Nəsimi rayon şöbəsində 01.10.2007- ci il tarixə sahikarlıq fəaliyyəti ilə məşğul olan 4393 fiziki şəxs qeydiyyatdan keçmişdir ki, bunların da 754 nəfəri bu ilin 9 ayı ərzində qeydiyyata alınmışdır.
Hesabat dÖvrəndə 24764 nəfər pensiyaçı və müavinət alan vətəndaşlara xidmət göstərilmişdir.
“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Respublika Prezidentinin Fərmanına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 01.01.2007- ci ildən 40 manata, 01.02.2007- ci ildən 50 manata çatdırıl-mışdır. ŞÖbədə qeydiyyatda olan bətən əmək pensiyaları həmin sərəncamlara uyğun olaraq yenidən hesablanmış və vaxtında ödənişə göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “ənvanlı Dövlət Sosial Yardımı haqqında” fərmanının icrası ilə əlaqədar 2635 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyin edilmişdir.
Bu yardımın həyata keçirilməsi üçün dövlət büdcəsindən 180204 manat vəsait xərclənmişdir. Yardımın məbləği tədricən artır, belə ki, əgər ğtən ilin 6 ayında yardımın hər ailəyə düşən orta məbləği 50 manat, hər bir adama düşən orta məbləği 12 manat idisə, hal-hazırda bu göstəricilər müvafiq olaraq 77,8 manat və 18,62 manat olmuşdur.
İl ərzində rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilmiş Şuranın iclaslarında rayonun sosial-iqtisadi vəziyyəti müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilərkən, əhalinin şikayət və təklifləri Şuranın qərarlarında və rayon İcra Hakimiyyəti Başçısının sərəncamlarında nəzərə aklınmışdır.
Hesabat dÖvrəndə rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbələrinin və rayonun müvafiq şöbə, idarə və təşkilatlarının, eləcə də yerli ərazi idarə etmə orqanlarının fəaliyyətinin tənzimlənməsi istiqamətində müəyyən işlər görülmüşdür.
2007- ci ilin 9 ayı ərzində aidiyyatı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə yerlərdə səyyar qəbullar keçirilmiş, vətəndaşların problemləri ilə yerində tanış olnmuş və onların həll edilməsi üçün operativ tədbirlər görülmüşdür. Ümumiyyətlə vətəndaşların qəbulları zamanı qaldırdıqları məslələrin həlli yuxarı təşkilatlara edilən müraciətlərin azalmasına səbəb olmuşdur.
Mətəmadi olaraq rayon İcra Hakimiyyətində müxtəlif katiqoriyadan olan əlillər, şəhid ailələri, aztəminatlı ailələr qəbul edilmiş və onlara mümkün olan bütün yardımlar göstəril-mişdir.
Nəsimi rayonunda fəaliyyət göstərən sənaye müəssisələri
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||