[AZ] [RU] [EN]


XƏBƏRLƏR

02.05.2008 02.05.2008-ci il tarixdə Azərbaycan Tibb Universitetinin akt zalında Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş geniş iclas keçirilmişdir.
 
03.05.2008 03.05.2008-ci il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
 
05.05.2008 05.05.2008-ci il tarixdə R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən fəvvarələr parkında Ümummilli lider Heydər Əliyevin85 illik yubileyinə həsr olunmuə “Gül bayramı” münasibətilə rayon tədbiri keçirilmişdir.
 
06.05.2008 06.05.2008-ci il tarixdə tayon ərazisində yerləşən “Muğam” parkında rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı ilə birgə Ümummilli lider Heydər Əliyevin 85 illik yebileyinə həsr olunmuş bayram konserti təşkil edilmişdir.
 
07.05.2008 07.05.2008-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə C. Hacıbəyli və Vaqif prospektinin kəsişməsində müasir standartlara cavab verən yeni perkın açılış mərasimi olmuş və sakinlərin ixtiyarına verilmişdir.
 
09.05.2008 09.05.2008-ci il tarixdə rayon ərazisində yerləşən R. Zorge və “1941-1945-ci illər” abidəsi olan parklarda Qələbə gününün 63 –cü il dönümü münasibətilə rayon Veteranlar Şurasının üzvləri ilə görüş keçirilmiş, hər iki abidənin önünə əklil qoyulmuşdur.
 
10.05.2008 10.05.2008-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, Ulu öndərin abidəsi ucaldılan parkda təşkil olunmuş “ Gül bayramı” tədbirlərində yaxından iştirak etmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən R.Behbudov və A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən fəvvarələr parkında geniş konsert proqramı təşkil edilmişdir.
 
28.05.2008 28.05.2008-ci il tarixdə R.Behbudov və A.Bakıxanov küçələrinin kəsişməsindəyerləşən fəvvarələr parkında “Respublika Günü” münasibətilə geniş bayram konserti təşkil edilmişdir.
 
01.06.2008 01.06.2008-ci il tarixdə 1 iyun - Beynəlxalq Uşaqlar günü münasibətilə tədbir keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlara rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı olmuşdur.
 
05.06.2008 05.06.2008-ci il tarixdə Nəsimi futbol komandasının Bakı-Abşeron-Sumqayıt komandaları arasında I-ci yer tutması münasibətilə rayon İcra Hakimiyyətində tadbir keçirilmiş, komanda üzvlərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
 
13.06.2008 13.06.2008-ci il tarixdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının yeni inzibati binasının açılışı olmuşdur.
 
14.06.2008 14.06.2008-ci il tarixdə Milli Qurtuluş Günü münasibətilə rayon İcra Hakimiyyətinin “Space” telekanalı ilə birgə tadbiri keçirilmişdir.