[AZ] [RU] [EN]



Nəsimi rayon İcra Hakimiyyəti başçısı Məhəməliyev Nəsib Məhəmməd oğlu


Doğulduğu yer: Azərbaycan Respublikası, Balakən rayonu
Təhsili: Ali təhsil
Bitirdiyi təhsil müəssisəsi:
Kuybişev Dəmir Yol Nəqliyyatı Mühəndisləri İnstitutu (1988)
Bakı Dövlət Universiteti (1995)
Peşəsi, ixtisası: DPİO üzrə mühəndis. Hüquqşunas
Partiyalılığı: Yeni Azərbaycan Partiyası
Dövlət qulluğunda stajı: 7 il
Təltifləri: Fəxri dəmiryolçu

Nəsimi rayon İcra Hakimiyyəti Azərbacycan Respublikası Konstitusiyasına uyğun olaraq 1991-ci ilin noyabr ayında təsis edilmiş, 01 yanvar 1992-ci ildə fəaliyyətə başlamışdır.

Nəsimi rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq təşkil edir. Bu Əsasnamə yerli İcra Hakimiyyətlərinin, o cümlədən Nəsimi rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsini, təşkilatı quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir. Nəsimi rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilən və azad edilən İcra Hakimiyyətinin başçısı rəhbərlik edir.

Hazırda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, 03 mart 2006-cı il tarixdə bu vəzifəyə təyin edilmiş Nəsib Məhəmməd oğlu Məhəməliyevdir. Evlidir, 2 oğlu, 1 qızı var.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının strukturu aşağıdakı kimidir:

Struktur bölmələrinin, vəzifələrin adı Ştat vahid
Rəhbərlik
İcra Hakimiyyətinin Başçısı
Başçının I müavini
Başçının müavini
Qəbul otağının müdiri
Mülki Müdafiə Qərargahının rəisi
böyük mütəxəssis-inspektor

1
1
2
1
1
1
Ərazi idarəetmə orqanları ilə iş şöbəsi
Şöbə müdiri
Böyük məsləhətçi
Məsləhətçi

1
2
1
Hüquq şöbəsi
Şöbə müdiri
Məsləhətçi –hüquqşünas

1
2
İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsi
Şöbə müdiri
Böyük məsləhətçi
Məsləhətçi

1
1
1
Sosial-iqtisadi məsələlər şöbəsi
Şöbə müdiri
Aparıcı məsləhətçi
Ekologiya məsələləri üzrə aparıcı məsləhətçi

1
1
1
Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsi
Şöbə müdiri
Böyük məsləhətçi
Aparıcı məsləhətçi

1
1
1
Qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsi
Şöbə müdiri
Aparıcı məsləhətçi

1
2
Rayon təsərrüfat şöbəsi
Şöbə müdiri
Aparıcı məsləhətçi
Aparıcı məsləhətçi (memar)

1
2
1
Ümumi şöbə
Şöbə müdiri
Dəftərxana müdiri
Məktublar və vətəndaşların qəbulu üzrə böyük mütəxəssis-inspektor
böyük mütəxəssis-inspektor
böyük mütəxəssis-makinaçı

1
1
1
1
2
Mühasibatlıq
Baş mühasib

1
Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə komissiya
aparıcı məsləhətçi-məsul katib
məsləhətçi

1
1

Başçının I müavini; Qərib Fəzan oğlu Məmmədov. Təvəllüdü 21.12.1954, Təhsili ali, 1977-ci ildə Azərbaycan Mühəndislər İnstitutunu bitirmişdir. İnşaatçı-mühəndisdir. 1993-cü ilin dekabr ayından bu vəzifədə çalışır. 1994-cü ildən YAP-ın üzvüdür. Evlidir, 1 oğlu, 1 qızı var.

Başçının müavini; Zahid Əziz oğlu Xəlilov. Təvəllüdü 05.07.1963, Təhsili ali, 1985-ci ildə Azərbaycan Pedoqoji Universitetini bitirmişdir. Müəllim-jurnalistdir. Respublika Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. 6 şerlər kitabının müəllifidir.1999-cu ilin dekabr ayından bu vəzifədə çalışır. 1994-cü ildən YAP-ın üzvüdür. Evlidir, 1 oğlu, 1 qızı var.

Başçının müavini; Ayaz Nəriman oğlu Məmmədov. Təvəllüdü 12.04.1964, Təhsili ali, 1989-cu ildə Moskva Ət və Süd Məhsulları İnstitutu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat İnstitutunu bitirmişdir.Mühəndis-texnoloq və nəqliyyat tikintisi mütəxəssisidir. 2006-cı ilin aprel ayından bu vəzifədə çalışır. 2006-cı ildən YAP-ın üzvüdür. Evlidir, 1 oğlu, 2 qızı var.

Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri – Şikarov Hikmət Məzi oğlu

Hüquq şöbəsinin müdiri – Qarayev Xəlil Müseyib oğlu

İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri – Abbasova Sahibə Namaz qızı

Ümumi şöbənin müdiri – Quliyev Nazim Zahid oğlu

Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri – Abdullayev Elçin Cavanşir oğlu

Qaçqın və məcburi köçkünlərlə iş üzrə şöbənin müdiri – Yaqubova Lətifə İsgəndər qızı

Təsərrüfat şöbəsinin müdiri – Xələfova Zemfira Faiq qızı

Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri – Kərimov Xalid Əbülfəz oğlu